2 (1)

Təqvim

Декабрь 2014
Пн Вт Ср Чт Пт Сб Вс
« Окт    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Dərc olunmuş kitabları

Səsli şeirləri dinləyin

  1. Durma qarşımda daha, sevgili canan yeri get
  2. Gəl mənim yanıma canan, seyr edim gözlərini
  3. Məni səndən ayıran, ayrılığa meyl eləmə
  4. Mənsiz günü qara deyən, ey gül necə oldu
  5. Sən məni şad eyləsən, mən də səni şad eylərəm
  6. Sən mənim canıma məlhəm, neyləyirəm həkimi
  7. Həsrətlə baxırsan yenə arxamca, bəs eylər
  8. İnci məni dilbər, nə qədər istəsən incit
  9. Yox səni mən tək sevən, başqa biri ay qara qız
  10. Gəlsin o gözəl nazlı nigarım, yenə gəlsin
  11. Vətənim
  12. Səbri qərarımı alsan, sənə əhsən deyərəm
  13. Heyranam ey gözəl, gözlərinin qarasına
  14. İncidirsən məni incitmə, gözüm yaşla dolar
  15. Yenə göylərdə gəzir, fikri xəyalın gözəlim
  16. Sən məni qoyma rahat, dur gecələr gəl yanıma
  17. Bu gecə yatma oyaq qal, dua et sübhə qədər
  18. Sənsən mənə həmdəm, o səbəbdən səni sevdim
  19. Kaş illər dönüb pərvaz edəydi qarşıma
  20. Bir də gəlmə naz ilə, ey siması gül nazənin
  21. Bir baxış atəş yaxır, digər baxış çox sadəcə
  22. Səbr edib gözlə məni, gözlərini görmək üçün
  23. Xəbərin var yenə qəlbim oda dönmüş yanıram
  24. Mən sənə can söylədim, neyçün belə naz eylədin
  25. Sənin üçün darıxan, könlümü şad eylədin ey gül
  26. Güldür məni gülsün o qara gözlərin ey gül
  27. Mən səni sevməkdəyəm, yox səndə bir hay bəxtəvər
  28. Bir gözəl keçdi keçərkən, günəşi tor eylədi
  29. Taqətim yoxdur mənim, dözmür ayaqda dizlərim
  30. Vətənim
  31. Sözləri Ramiz Abdullayev, ifa Aleksandr Vosilenko (“Листопадовые сни”-Муз.: А.Дурмицкого)
  32. Sözləri Ramiz Abdullayev, ifa A.Abdullayev-Ibad
  33. Sözləri Ramiz Abdullayev, ifa A.Cəfərova-Aydan
  34. Sözləri Ramiz Abdullayev, ifa Aydan-Pakizə
  35. Sözləri Ramiz Abdullayev, ifa E.Oğuz-Albina
  36. Sözləri Ramiz Abdullayev, ifa E.Oğuz-Leyla
  37. Sözləri Ramiz Abdullayev, ifa Elxan Şirinov-Gülsünüm
  38. Sözləri Ramiz Abdullayev, ifa İlhamə Cəfərova-Gülsüm
  39. Sözləri Ramiz Abdullayev, ifa İntizar-Gülzar
  40. Sözləri Ramiz Abdullayev, ifa Mirzə Babayev-Aysel
  41. Sözləri Ramiz Abdullayev, ifa N.Musayev-Ərzumanım mənim, Turanəm mənim
  42. Sözləri Ramiz Abdullayev, ifa R.Allahverdiyeva-Nərmin
  43. Sözləri Ramiz Abdullayev, ifa Rahidə Baxışova-Loğman
  44. Sözləri Ramiz Abdullayev, ifa Səbinə Babayeva-Ekizlər
  45. Sözləri Ramiz Abdullayev, ifa Elxan Şirinov-Fidan
  46. Sözləri Ramiz Abdullayev, ifa Rühəngiz Allahverdiyeva-Nigarım
  47. İki dövlət, bir millətik
  48. Allahdan qorxmayan, Allahsızlardır
  49. Ana yurdum mənim Azərbaycanım
  50. Heydər baba
  51. Heydər baba məktəbində
  52. Dəniz
  53. Azad edəcəyəm səni Qarabağ
  54. Qoy şair desin
  55. Vətəni düşməndən azad edək biz
  56. Sən ey Vətən
  57. Vətən
  58. Vətən torpağı
  59. Xocalı
  60. Yeni Azərbaycan Partiyası
  61. Yadındadı
 

«Pasport» — Ramiz Abdullayevin tamaşası

«Biznesmen» — Ramiz Abdullayevin tamaşası

«Olacağa çarə yoxmuş» — Ramiz Abdullayevin tamaşası

Xocalı — Gülyanaq Məmmədova

İki dövlət, bir millətik

Yeni Azərbaycan Partiyası

Təyyarə

Kəndim var Abşeronda

Sən duymadın

Dəli ceyran

Nə fayda

Bir gecə

Telefon

Demə qocalmışam, ata

Bu şəhərdə

Qayıtmadın

Allaha inan

İpək Yolu

Cücə

“Vətən torpağına sevgidən doğan şeirlər”

Poeziya insan hisslərinin, duyğularının tərcümanıdır. Təsadüfi deyildir ki, əlimizə keçən şeir kitabında ilk növbədə qəlbimizə, hissimizə yaxın olan şeirləri seçirik. Bəzən elə şeirlə rastlaşırsan ki, sanki şair sənin tale yollarına bələd imiş və məhz sənin duyğularını nəzmə çəkib, sözün sehrli qüdrətindən istifadə edərək onu ipə-sara düzüb. Belədə uzun müddət o şerin təsirindən ayrıla bilmirsən. Həmin şerri öz qəlbinin çırpıntısı kimi dönə-dönə oxuyur, əzbərləyirsən. Bax, bu əsl poeziya nümunəsidir. Oxucu qəlbinə yol tapmaq, onu ovsunlamaqdır. Və əsl poeziya nümunəsi ilə rastlaşan oxu cu istər-istəməz onun müəllifi ilə maraqlanır, əli çatıb üzbəüz görüüşə bilməsə də, qiyabı də olsa ona öz minnətdarlığını bildirir.

Mən bir şair kimi Ramiz Abdullayevi çoxdan tanıyıram. Üstəlik bilirəm ki, o, dram əsərlərinin də müəllifidir. Milli Akademik Dram Teatrın və digər teatrlarımızın səhnəsində tamaşaya qoyulan bu əsərlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb, teatr-şünaslar tərəfindən yüksək qiymətləndirilib. Şeirlərinə musiqi bəstələnib, müğənnilərimiz onları böyük məhəbbətlə, şövqlə oxuyurlar.

Ara-sıra əlimə keçən şeirlərini də böyük maraqla oxuyurdum. Və məndə belə bir qənaət formalaşmışdı ki, Ramiz Abdullayev bu günkü poeziyamızda, ədəbiyyatımızda öz sözü, dəst-xətti olan, özünü təsdiqləmiş qələm sahibidir.

Bu günlərdə dostlarımdan biri mənə Ramiz Abdullayevin «Vətən torpağı» adlı kitabının təqdim etdi və mütləq oxuyarsan – dedi. Təbii ki, mən bu kitabı oxuyacaqdım, çünki Ramiz müəllimin yaradıcılığına az-çox bələd olsam da əlimdə heç bir kitabı yox idi. Amma, dostumun belə təkidlə deməsi ki, bu kitabı mütləq oxu, mənim marağımı daha da artırdı. Və başladım kitabı oxumağa, oxucular üçün də maraqlı olacağını nəzərə alaraq deyim ki, bu kitab 2002-ci ildə Bakıda «Borçalı» nəşriyyatında (nəşiri M. Borçalı) nəfis şəkildə çap olunub

Ramiz Abdullayevin «Vətən torpağı» kitabını, demək olar ki, bir nəfəsə oxudum. Və bir daha yəqin etdim ki, könül oxşayan şeirləri ilə oxucu qəlbinə yol tapan şairin bu kitabındakı şeirlər də bəşəri duyğular tərcümanıdır. Vətən, ana, torpaq sevgisi ana xətt təşkil edir, gəncləri vətənpərvərliyə, qeyrətə, hünərə səsləyir!

 

O, ilhamını Vətən torpaqlarından alır:

 

Yatdım gecə qoynunda, gündüzlər şeyrinə daldım,

Vətənim, torpağından ilham aldım, od aldım.

 

Və yaxud:

 

Sənsiz Ramiz də yoxdur, bilməlisən sən onu,

Azad qolların üstə sənsən yaşadan məni.

 

Ramiz Abdullayev poeziyasını oxuculara sevdirən bir də odur ki, onun şeirləri səmimidir, içdən gələn duyğuların ifadəsidir. Oxucu həmin şeirlərdə özünü görür. Keçdiyi tale yollarını sanki yenidən yaşayır. İstər Vətənə sevgidən yazsın, yaxud son illər xalqımızın üzləşdiyi Qarabağ müharibəsi, torpaqlarımızın işqal altında olmasından şair narahatlığını ifadə etsin, istərsə  də  təmiz  sevgini tərənnüm etsin — hamısında o, eynə dərəcədə səmimidir. Onun şeirlərindən Vətənini sevən, onun işıqlı gələcəyinə inanan və bu yolda hər şeyə hazır olan bir şair-vətəndaş mövqeyi aydınca duyulur.

Elə buna görədir ki, oxucular onun Vətən torpağına məhəbbətinin ifadəsi kimi dediyi «Öpub sənin torpağını gözlərimə sürtərəm mən» söyləməsinin, «sən azad ol, şəhid olum yolunda mən» deyən qəlb çırpıntısının səmimiyyətinə inanır. Bu gün həmımızı düşündürən Qarabağ problemi, işqal altında olan torpaqlarımızın taleyi şairi daim narahat edir və bu, onun yaradıcılığında da öz əksini tapır:

 

                        Axsa da cismimdən damla-damla qan,

Sənə qurban dedim, sənindir bu can.

Baxacam hüsnündən açılanda dan,

Düşmən sinəsinə çəkəcəyəm dağ,

Azad edəcəyəm, səni Qarabağ!

 

Yer üzünün əşrəfi olan analara həsr etməyən şair tapmaq çətindir. Ramiz müəllimin də bu mövzuya həsr etdiyi şerlər çoxdur. Burada onun özünəxas poetik duyumu, ifadə tərzi diqqəti çəkir:

Sənin duaların qoruyur məni,

Hisslərin hamıdan tez duyur məni.

Göz yaşın ovudur, həm yuyur məni,

Ey mehriban, əziz, sevimli anam.

 

Şairin yaradıcılığında saf sevginin tərənnümü də böyük yer tutur. Poetik ənənələrə sadiq qalan şair bu mövzuda da ədəbiyyat nümunəsi yaratmağa nail olur:

Mən ki, səni unutmuşdum,

Sevgin yalan – mən duymuşdum.

Sözlərinə mən uymuşdum,

Dərd verərək, yara vurma,

Yollarımda daha durma.

 

Ramiz Abdullayev öz şeirləri ilə insanları təmizliyə, halallığa, saflığa, səmimiyyətə, dostluqda sədaqətli olmağa çağırır:

 

Ehtiyat edirəm dost deyəndə mən,

Pis gündə yox olur, uçur o, yerdən.

 

— deyərək narahatçılığını ifadə etsə də bu qənaətə gəlir və oxucusunu da buna inandırır ki:

 

Yaxşı insan dostunu qəmdən uzaq etsin gərək,

Dostluğa sadiq qalıb, həm də ki, şad etsin gərək.

 

Həyatda fəal vətəndaş mövqeyi olmayan, hər şeyi yalnız pulla ölçən bəzi tirlərə xitaban şair belə deyir:

Deyəsən salamı verirsən pulla,

Mənim pulum yoxdu, sənin salamın.

 

Və ya:

Nə istəyin məlum, nə də məqsədin,

Çaşmısan burulğan həyat içində.

 

«Vətən torpağı» kitabını oxuduqdan sonra bu kitabı mənə verənə minnətdarlıq etməklə yanaşı, içimdən bir istək də keçdi. Elə bu yazını da hələlik bu istəklə bitirmək: Hörmətli Ramiz müəllim, Azərbaycan oxucusu sizi sevir, yaradıcılığınızı böyük maraqla izləyir. Minlərlə oxucunuzun istəyinə qoşularaq mən də sizə yeni kitabınızın sorağı ilə yaradıcılıq uğurları arzulayıram.

 

Musa Nəbioğlu

 

 

Azadedəçəyəmsəni, Qarabağ!

 

Dayanıb səngərdən baxıram sənə,

Düşmənlər sədd çəkib səninlə mənə,

Ürəyim, gözlərim bürünüb qəmə.

Düşmən sinəsinə çəkəcəyəm dağ,

Azad edəçəyəm səni, Qarabağ!

 

Gəzirlər dağında, həm də düzündə,

İcirlər suyundan bulaq gözündə,

Demə ki, vəfasız cıxdın sözündə.

Düşmən sinəsinə çəkəcəyəm dağ,

Azad edəçəyəm səni, Qarabağ!

 

 

Mənim də rüzğarım, günüm xoş deyil
Coxları didərgin, həm qacqın deyir,

Ağlayır halıma yazılan şer.

Düşmən sinəsinə çəkəcəyəm dağ,

Azad edəçəyəm səni, Qarabağ!

 

Axsa da çismimdən damla-damla qan,

Sənə qurban dedim sənindir bu çan,

Baxaçam hüsnündən acılanda dan,

Düşmən sinəsinə çəkəcəyəm dağ,

Azad edəçəyəm səni, Qarabağ!

 

 

Yoxdursəninsalamın

 

Deyəsən salamı verirsən pulla,

Mənim pulum yoxdu, sənin salamın.

Sən ağır yükləri daşıma, tulla,

Büsbütün dəyişib sözün, kəlamın.

 

Nə istəyin məlim, nə də məqsədin,

Caşmısan burulğan həyat icində.

Görürəm düzəlib bir az qozbelin,

Gəzirsən zər-ziba paltar icində.

 

Nə qədər üstünə düzsən daş-qaşı,

Sənin daxilini gizlədən deyil.

Heyif, gəzdirirsən o yekə başı,

Yoxdur sadəliyə səndə bir meyil.

 

Sadəlik insanı uçaldır göyə,

Ordan baxmaq ücün sadə, hər şeyə.

Ağıl istəməkcün əl qaldır göyə

Tanrı rəhmlidir, kömək eyləyər.

 

“Ulu körpü” qəzeti, 13 iyun 2005, müəllif: Musa Nəbioğlu

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Можно использовать следующие HTML-теги и атрибуты: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>